Airbus ötən ilin nəticələrini açıqladı

14 Yanvar 2021 23:55

Airbus 2019-cu ildə sifarişçilərə 863 ədəd təyyarə tədarük etdiyi halda ötən il bu göstərici cəmi 566 olub.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkətin açıqlamasına görə, bu azalma COVID-19 pandemiyası ilə bağlıdır. Hərçənd şirkətin qəbul etdiyi sifariş sayı müvafiq olaraq 768 və 268 olub.

Bununla yanaşı, ötən ilin noyabr ayında 64, dekabr ayında isə 89 təyyarə müştərilərə çatdırılıb.

Dünyanın ən böyük aviakosmik avadanlığı istehsalçılarından olan Airbus sərnişin təyyarələri istehsal edən Airbus SAS, habelə Airbus Defence and Space və Airbus Helicopters bölmələrindən ibarətdir.

Milli.Az