Kıvançın 10 il həbsi istənilirdi...

12 Yanvar 2021 16:12

Bir müddət əvvəl aktyor Kıvanç Tatlıtuğ vergidən yayınmaqda ittiham edilirdi.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 2012 və 2013-cü illərdə sahibi olduğu şirkətdə saxta qəbzlər vasitəsilə vergidən yayınan aktyor məhkəməyə verilib. Ötən gün baş tutan məhkəmədə Kıvançın vəkili iştirak edib.

Vergi şirkəti aktyorun 6 ildən 10 ilə qədər həbsini tələb edib. Lakin hakim Tatlıtuğ haqqında irəli sürülən iddiaların yetərsiz və əsassız olduğu bildirib. Beləcə, sənətçiyə qarşı olan həbs istəyi rədd olunub. Aktyorun bəraət etməsi haqqında qərar verilib.

Milli.Az