Maska taxmaqdan imtina edən tennisçi 3 min dollar cərimələndi

12 Yanvar 2021 19:26

Amerikalı tennisçi Kristian Harrison Delrey-Biç turnirində matçdan sonrakı müsahibədə maska taxmaqdan imtina etdiyi üçün 3 min dollar məbləğində cərimələnib.

Milli.Az Trend-ə istinadən bildirir ki, tennisçi turnirin ikinci matçında rəqibini üstələdikdən sonra kamera qarşısına keçib.

K.Harrison gərgin matçdan sonra maska taxmaqdan imtina edib və müsahibəyə davam edib.

Nəticədə turnirin təşkilatçıları tennismini cərimələyib.

Milli.Az