Bakıda iki evdə yanğın olub

12 Yanvar 2021 19:12

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 230 m² olan birmərtəbəli evin mətbəxinin yanar konstruksiyaları 16 m² sahədə və içərisində 2 ədəd məişət avadanlığı yanıb.

Bu barədə FHN-dən Milli.Az-a bildirilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Həmçinin, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağında beşik və 4 ədəd döşək yanıb. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az