Gürcüstan "Pfizer" vaksinindən istifadə edəcək

12 Yanvar 2021 19:06

Gürcüstan koronavirus əleyhinə "Pfizer" vaksinindən istifadə edəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin səhiyyə naziri Ekaterine Tikaradze ABŞ-ın bu ölkədəki səfiri Kelli Deqnan ilə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə yaxın gələcəkdə əhalinin "Pfizer" ilə vaksinlənməsinə başlanılacaq. Nazir qeyd edib ki, ölkəyə vaksinlərin gətirilməsi istiqamətində müvafiq platformalarla aktiv əməkdaşlıq edilir.

Milli.Az