La Liqa klubunda baş məşqçi istefası

12 Yanvar 2021 19:01

"Alaves" baş məşqçisi Pablo Maçini istefaya göndərib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubuin saytı məlumat yayıb. Komandanı Xavyer  Kabellonun çalışdıracağı bildirilib.

Qeyd edək ki, Maçin ötən ilin avqustunda La Liqa təmsilçisinə baş məşqçi təyin olunmuşdu.

Əlavə edək ki, "Alaves" ölkə çempionatında 18 xalla 16-cı pillədə qərarlaşıb.

Milli.Az