PSJ-nin müdafiəçisi koronavirusa yoluxdu

12 Yanvar 2021 18:50

PSJ-nin futbolçusu Kolen Daqba koronavirusa yoluxub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkə hesablarında məlumat yayılıb. 22 yaşlı müdafiəçidən götürülən koronavirus testi nümunələrinin cavablarının müsbət olduğu və fransalı oyunçunun artıq karantinə alındığı bildirilib.

Qeyd edək ki, Daqba bu mövsüm 15 matça çıxaraq, 1 qol vurub və 2 qolun ötürməsini verib.

Milli.Az