Sandu ilk rəsmi səfərini Ukraynaya etdi

12 Yanvar 2021 18:39

Moldovanın yeni seçilmiş Prezidenti Maya Sandu ilk rəsmi səfərini Ukraynaya edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ukraynaya təyyarə ilə deyil, avtomobil korteji ilə səfər edən Sandu səfər çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.

Bundan əlavə onun Baş nazir Denis Şmiqal və Ukrayna parlamentinin sədri Dmitri Razumkov ilə görüşü gözlənilir.

Səfər çərçivəsində iki ölkə arasında bir neçə razılaşmanın imzalanması planlaşdırılır.

Milli.Az