İndoneziyada qəzaya uğramış təyyarənin qara qutusu tapıldı

12 Yanvar 2021 14:45

Bir neçə gün əvvəl İndoneziyada qəzaya uğramış təyyarənin qara qutusu tapılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, qara qutu sahilə çıxarıldıqdan sonra qəzanın səbəbləri ilə bağlı araşdırma başlayacaq.

Qeyd edək ki, yanvarın 9-da İndoneziyanın "Sriwijaya Air" şirkətinə məxsus sərnişin təyyarəsi Yava dənizi üzərində radarlardan itmişdi. Təyyarənin göyərtəsində azı 65 nəfər - 10 uşaq daxil olmaqla 53 sərnişin və 12 heyət üzvü olub.

Milli.Az