"Paşinyan Ermənistana 39 milyard dollara yaxın ziyan vurub" - Erməni ekspert

12 Yanvar 2021 14:43

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəyə və erməni xalqına ən azı 38,4 milyard dollarlıq ziyan vurub.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə erməni ekspert Mesrop Manukyan öz "Facebook" səhifəsində yazıb.

O bildirib ki, insan itkiləri, o cümlədən müharibədə həlak olmuş və itkin düşmüş 4 500 hərbi qulluqçu, 11 minə yaxın əlil, 7 milyard dollarlıq itkiyə bərabərdir.

"Bundan başqa, müdafiə sisteminə 2 milyard dollara yaxın ziyan dəyib, bank sisteminin itkiləri 1 milyard dollara çatır. İnfrastruktura dəyən ziyan 2 milyard dollara yaxındır".

Milli.Az