Binəqədidə evdə yanğın: beşik və yorğan-döşək yandı

12 Yanvar 2021 17:38

Bakının Binəqədi rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağında beşik və 4 ədəd döşək yanıb.

Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az