Sabiq “Trabzonspor”lu xərçəng xəstəliyinə tutuldu

12 Yanvar 2021 17:11

Fil Dişi Sahili yığmasının sabiq futbolçusu Sol Bamba xərçəng xəstəliyinə tutulub.

Milli.Az apasport.az-a istinadla bildirir ki, bu barədə mərkəz müdafiəçisinin klubu "Kardiff" məlumat yayıb.

Çempionşip təmsilçisi 36 yaşlı oyunçuda lenf xərçəngi aşkarlandığını açıqlayıb. Ucaboy futbolçunun müayinəsinə artıq start verilib.

Qeyd edək ki, PSJ-nin yetirməsi olan Sol Bamba karyerası ərzində "Danfermlayn", "Hibernian", "Lester", "Trabzonspor", "Palermo", "Lids" və "Kardiff"in formasını geyinib.

Milli.Az