Formula 1 Bakıda bu tarixdə keçiriləcək

12 Yanvar 2021 13:36

2021-ci il Formula 1 üzrə Azərbaycan Qran Prisi iyunun 4-6-da keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Formula 1-in yenilənmiş təqvimində deyilir.

Yeni mövsüm martın 28-də Bəhreyndə başlayacaq. Ümumilikdə mövsüm 23 mərhələdən ibarət olacaq və dekabrın 12-də Birləşmiş Ərəb Əmirliklərində başa çatacaq.

Milli.Az