“Türkiyədə yalnız “Fənərbağça”da oynayaram” - Özil

12 Yanvar 2021 16:36

"Fənərbağça" ilə anlaşdığı deyilən Məsut Özil azarkeşlərin suallarını cavablayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yarımmüdafiəçi "Arsenal"la müqaviləsi başa çatdıqdan sonra iki ölkədə oynamaq istədiyini bildirib:

"İngiltərədən ayrıldıqdan sonra iki ölkədə çıxış etmək istəyirəm. Bunlarda biri Türkiyə, digəri isə ABŞ-dır. Türkiyəyə gələrsəm, yalnız "Fənərbağça"da çıxış edərəm. Almaniyada böyüyən türklər hələ uşaq yaşlarından öz ölkəsindəki klublardan birini seçirlər. Mən "Fənərbağça" ilə böyümüşəm, həmişə sevmişəm. Bu kluba Türkiyənin "Real"ı deyə bilərəm".

Özil "Real"da oynayarkən komanda yoldaşı olan Kriştianu Ronaldu haqqında da danışıb: "Messi İspaniyada daima ən yaxşılardan olduğunu sübut edir, Ronaldu isə bunu getdiyi hər ölkədə sübuta yetirir".

Milli.Az