Mağazadan 22 min manatlıq oğurluq edən şəxs tutuldu

12 Yanvar 2021 15:36

Sumqayıtda mağazadan oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin(DIN) mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Şəhər Polis İdarəsi  3-cü Polis Bölməsi  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 30-da şəhər ərazisindəki mağazaların birindən 5500 manat və 10.000 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş H.Nurəliyev saxlanılıb.

Milli.Az