Bakıda evdən 9 min manatlıq qızıl oğurlandı

12 Yanvar 2021 15:30

Bakıda evdən oğurluq edən qadın tututulub.

Daxili İşlər Nazirliyinin (DIN) mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi  5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 10-da rayon ərazisindəki evlərin birindən 9000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ş.İbişova saxlanılıb.

Milli.Az