Premyer Liqada koronavirusa 36 yeni yoluxma

12 Yanvar 2021 14:35

İngiltərə Premyer Liqasında daha 36 nəfər koronavirusa yoluxub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. 4-10 yanvar aralığında 1593 nəfərdən götürülən COVİD-19 testindən 36-nın nəticəsi pozitiv olub.

Koronavirusa yoluxan şəxslərin adları açıqlanmayıb. Onlar 10 günlük karantinə alınıblar.

Milli.Az