Bakıda qüsurlu gənc itkin düşüb - FOTO

12 Yanvar 2021 11:27

Bakıda eşitmə qüsurlu gənc oğlan itkin düşüb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə onun yaxınları bildiriblər. Elvin Məmmədov adlı gənc ötən gün yaşadığı Nizami rayonu ərazisində itkin düşüb.

Sonuncu dəfə evdən çıxanda onun əynində qara gödəkcə olub. Məsələ ilə bağlı artıq polisə də müraicət edilib.

Milli.Az