"Qazaxıstanda parlament seçkilərində "Nur Otan" partiyası qalib gəldi" - Arzu Nağıyev

12 Yanvar 2021 10:52

Yanvarın 10-da Qazaxıstanda keçirilmiş parlament seçkilərində hakim "Nur Otan" partiyası 71,09 faiz səs toplayaraq qalib gəlib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Milli Məclisin deputatı, parlament seçkilərini müşahidə etmiş Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, yerli Mərkəzi Seçki Komissiyasının yekun nəticəsində bildirilib ki, "Nur Otan" partiyası 71,09 faiz səs toplayaraq qalib gəlib. "Nur Otan", "Ak jol" (10,95 faiz) və Qazaxıstan Xalq Partiyası (9,1 faiz) parlamentdə təmsil olunacaq.

Qeyd olunur ki, "Nur Otan" parlamentdə 76 yer, "Ak jol" 12 yer, Xalq Partiyası isə 10 yer əldə edib.

Milli.Az