Kamçatkaya meteorit düşüb - VİDEO

12 Yanvar 2021 12:40

Rusiyada Kamçatka yarımadasının üzərində meteorit partlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidməti məlumat verib.

Qeyd olunub ki, meteorit Kamçatkanın qərb sahili üzərində yanvarın 11-də səhər saatlarında müşahidə olunub.

Səma cismi atmosfer qatında 55 saniyə hərəkət etdikdən sonra partlayıb.

Milli.Az