Pompeo Brüsselə səfər edəcək

12 Yanvar 2021 12:18

ABŞ Dövlət katibi Mayk Pompeo Brüsselə səfər edəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, səfər 13-14 yanvarda baş tutacaq.

ABŞ Dövlət katibi səfəri çərçivəsində NATO-nun Baş katibi Yens Stoltenberq, Belçika Baş nazirinin müavini və xarici işlər naziri Sofi Vilmeslə görüşəcək.

Qeyd edək ki, bu, M. Pompeonun Dövlət katibi kimi Avropa regionuna son səfəri olacaq.

Milli.Az