Daha 11 erməni leşi aşkarlandı

12 Yanvar 2021 10:21

Dünən Ağoğlan (Hadrut) və Cəbrayıl rayonlarında aparılmış axtarışlar zamanı 11 erməni meyiti aşkarlanıb.

Milli.Az bildirir ki, onlar İkinci Qarabağ Savaşındakı hərbi əməliyyatlar zamanı məhv edilmiş erməni hərbçiləridir.

Ermənilərin Zəngilan rayonu istiqamətində apardıqları axtarışlar zamanı bu ölkənin daha 14 hərbi qulluqçusunun meyiti tapılıb.

İtkin erməni əsgərlərinin axtarışları dünən Ağoğlan, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları istiqamətində davam etdirilib. Xüsusən Ağoğlanda iki axtarış qrupu fəaliyyət göstərib. Qruplardan biri meyitləri, digəri gizlənən erməniləri axtarıb.

Bununla da Qarabağda meyitləri aşkarlanan ermənilərin sayı 1 222 nəfərə çatıb.

Ermənistanın Səhiyyə Nazirliyinin son məlumatına görə, müharibədə həlak olmuş 3 300-dən çox erməni hərbçisinin meyiti ekspertizadan keçirilib.

Daha əvvəl Cəbrayılda aparılan axtarışlar zamanı daha 3 erməni hərbçinin meyiti tapılıb.

Elçin Alıoğlu
Milli.Az