Rayonlarda şagirdlərin onlayn dərslərdə iştirak faizi nisbətən aşağıdır - Nazirlik

12 Yanvar 2021 11:56

Təhsil Nazirliyi ümumtəhsil müəssisələrinin şagirdləri üçün təşkil olunan distant dərslərlə bağlı mövcud problemləri açıqlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, dərslərin onlayn qaydada tədrisində şagirdlərin iştirak faizi şəhərlərlə müqayisədə kənd rayonlarında nisbətən aşağıdır:

"Səbəb olaraq bəzi ailələrin internetə çıxış imkanlarının məhdudluğunu və dərslərə qoşulmaq üçün müvafiq cihazın olmamasını qeyd edə bilərik. Onlayn dərslərə qoşula bilməyən şagirdlər üçün televiziya kanallarında tədris proqramına uyğun olaraq teledərslərin yayımlanması təmin olunur".

Milli.Az