Gəncədə ev yanıb

12 Yanvar 2021 11:12

Gəncə şəhərinin Kəpəz rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 127 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az