"Ford" Braziliyada minik avtomobillərinin istehsalını dayandırır

12 Yanvar 2021 10:28

ABŞ-ın avtomobil şirkəti "Ford" Braziliyada minik avtomobili istehsalı zavodlarını bağlayır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə şirkətin ölkədə olan nümayəndəliyinin saytında bildirilib.

Bildirilib ki, bunlar çox çətin qərarlardır, lakin sağlam və davamlı bir iş qurmaq üçün zəruridir:

"Braziliyada istehsalın dayandırılması ilə biz iş modelini daha çevik və rasional bir modelə dəyişdiririk".

"Ford" hazırlama mərkəzi və sınaq poliqonu, həmçinin qərargahı Braziliyada fəaliyyət göstərməyə davam edəcəkdir.

Milli.Az