İran Hərbi Dəniz Qüvvələri raket və artilleriya birləşmələrinin təlimlərini keçirəcək

12 Yanvar 2021 11:06

İran Hərbi Dəniz Qüvvələri Oman dənizi və Kənarək bölgəsinin sahilində raket və artilleriya birləşmələrinin təlimlərini keçirəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, iki günlük təlimlərdə Hərbi Dəniz Qüvvələrinin bütün bölmələri və hərbi texnikaları iştirak edəcək.

Təlimlər çərçivəsində HDQ-ə iki yeni hərbi gəmi təhvil veriləcək. Təlimlərdə məqsəd HDQ-nin raket və artilleriya bölmələrinin gücünü artırmaqdır.

Milli.Az