Portuqaliya prezidenti koronavirusa yoluxub

12 Yanvar 2021 10:17

Portuqaliya prezidenti Marselu Rebelu di Souza koronavirusa yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə dövlət baçsının saytında bildirilib.

Məlumatda deyilir: ""Dünən respublika prezidentinin [koronavirus üçün] götürülən testinin nəticəsi neqativ olub. Bu gün koronavirus antigenlərinin olması ilə bağlı testinin neqativ olmasına baxmayaraq, 21:40-da PCR testinin pozitiv nəticə verdiyi məlum oldu".

Portuqaliya liderində koronavirus infeksiyası əlamətlərinin olmadığı bildirilib.

Milli.Az