İranda zəlzələ olub

12 Yanvar 2021 09:55

İranın şərqində yerlәşәn Rəzavi Xorasan vilayәtinin Sefidsəng rayonunda 4,2 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ yerli vaxtla saat 22:57, 9 km dərinlikdə qeyd alınıb.

Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib.

Milli.Az