Türkiyədə koronavirusdan daha 174 nəfər öldü

12 Yanvar 2021 09:39

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 174 nəfər dünyasını dəyişib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 22 981 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 10 220 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 336 476 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 10 301 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 208 451 nəfər təşkil edir.

Milli.Az