Rusiyada binada güclü yanğın: 8 nəfər öldü - VİDEO

12 Yanvar 2021 10:06

Rusiyanın Yekaterinburq şəhərində yanğın baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Kirov rayonunda 1982-ci ildə tikilmiş doqquz mərtəbəli yaşayış binasında qeydə alınıb.

İnsident nəticəsində səkkiz nəfər həlak olub. Xilasedicilər binadan 90 nəfəri təxliyə edib.

Yanğın 30 kv.m. ərazini əhatə edib.  

İnsidentin səbəbi müəyyənləşdirilir.

Milli.Az