Kıvanç onunla tərəf müqabili olacaq

12 Yanvar 2021 09:44

Türkiyəli aktyor Kıvanç Tatlıtuğun yeni serialı bəlli olub. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor "Bir denizaltı hikayesi"də rol alacaq. Onun ekran işində tərəf müqabili isə aktrisa Özge Özpirinççi olacaq.

Serialda Kıvanç "Arman", Özge isə "Dəfnə" obrazına həyat verəcək.

Qeyd edək ki, ekran işi "Netflix"də yayımlanacaq.

Milli.Az