Çində qızıl mədənində partlayış baş verib

11 Yanvar 2021 23:20

Çinin şərqində yerləşən qızıl mədənində partlayış baş verib.

Trend-in məlumatına görə, bu barədə Global Times qəzeti xəbər verib.

Məlumata əsasən, hadisə nəticəsində 22 nəfər mühasirədə qaldı. Partlayış Şandun vilayətindəki mədəndə baş verib.

Xilasedicilər indiyə qədər mədəndəki işçilərlə əlaqə qura bilməyiblər.

Milli.Az