Azərbaycan əhalisinin real gəlirlərinin artacağı proqnozlaşdırılır

11 Yanvar 2021 19:11

Azərbaycan iqtisadiyyatının 2021-ci ildə 3.4% böyüyəcəyi proqnozlaşdırılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, hazırda bütün dünya ölkələrində aparılan vaksinasiya tədbirləri koronavirus pandemiyasının qarşısının alınacağı proqnozlarını verməkdədir:

"İlkin olaraq iqtisadiyyatın ikinci rübdən etibarən məhdudiyyətlərin aradan götürülməsi ilə sürətli artım mərhələsinə qədəm qoyacağı proqnozlaşdırılır. Azərbaycan iqtisadiyyatının da 2021-ci ildə 3.4% böyüyəcəyi proqnozlaşdırılır. Eyni zamanda, inflyasiyanın 3%, əhalinin real gəlirlərinin artacağı proqnozlaşdırılır.

2021-ci ilin dövlət büdcəsi manat ifadəsində ən böyük büdcədir. Sürətli iqtisadi artımı təmin edəcək özəl sektor üçün stimullaşdırıcı və dəstək verici tədbirlərin gücləndirilməsi bu ildə qeyri-neft sektorunun daha da artmasına gətirib çıxaracaqdır".

Milli.Az