Levandovski ilin ən yaxşı idmançısı oldu

11 Yanvar 2021 20:25

Polşada 2020-ci ilin ən yaxşı idmançısı məlum olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu, "Bavariya"nın futbolçusu Robert Levandovskidir.
 
32 yaşlı hücumçu karyerası ərzində 2-ci dəfə bu mükafatı qazanıb. Levandovski 2016-cı ildə də Polşada ilin idmançısı seçilmişdi.
 
Xatırladaq ki, Levandovski FİFA tərəfindən də 2020-ci ilin ən yaxşı futbolçusu seçilib, eyni zamanda, Globe Soccer Awards mükatına layiq görülüb.

Milli.Az