"Görün, kim geri döndü?!"

11 Yanvar 2021 21:31

PSJ-nin futbolçusu Neymar zədəsini sağaldıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Paris təmsilçisi Tvitter səhifəsində 28 yaşlı hücumçunun komanda ilə məşqindən foto paylaşıb. Paylaşıma "Görün, kim geri döndü?!" deyə şərh verilib. 

Qeyd edək ki, Neymar dekabrın 13-də Liqa 1-in 14-cü turunda "Lion"la matçda xəsarət almışdı.

Milli.Az