Simeonedən Dembele açıqlaması

11 Yanvar 2021 21:12

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone "Lion"un oyunçusu Mussa Dembelenin transferi ilə bağlı açıqlama verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, argentinalı mütəxəssis İtaliya mətbuatına açıqlamasında  fransalı hücumçu ilə razılıq əldə olunmaq üzrə olduğunu bildirib: "Hələlk müqavilə imzalanmayıb, ancaq bəli, danışıqlarda irəliləyiş var".

Qeyd edək ki, Dembele 2018-ci ildən "Lion"da çıxış edir. Madrid klubu onu komandadan ayrılan Dieqo Kostanın əvəzləyicisi kimi görür.

Milli.Az