İstanbulda karantin qaydaları sərtləşdirilib

11 Yanvar 2021 20:05

COVID-19-a qarşı qabaqlayıcı tədbirlər çərçivəsində İstanbulda yaşı 65-dən yuxarı, 20-dən aşağı olanların ictimai nəqliyyatdan istifadəsi müvəqqəti qadağan edilir.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə İstanbul Valiliyindən bildirilib.

Məlumatda qeyd edilir ki, qadağa yanvarın 15-dən etibarən qüvvəyə minəcək. Ümumiyyətlə bu yaş qruplarına daxil olanların günün müəyyən saatlarında evdən çıxmalarına icazə verilir.

Bundan əlavə Türkiyənin bir çox bölgəsində olduğu kimi, İstanbulda da əhalinin ictimai nəqliyyatdan istifadəsi xüsusi kodla mümkün olacaq.

Milli.Az