Bidzina İvanişvilinin yerinə namizəd müəyyənləşib

11 Yanvar 2021 20:00

Gürcüstanın hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının sədri vəzifəsinə parlamentin sabiq sədri İrakli Kobaxidzenin namizədliyi irəli sürülüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə partiyanın Baş katibi Kaxa Kaladze partiyanın Siyasi şurasının iclasından sonra açıqlamasında bildirib.

Onun sözlərinə görə, yanvarın 16-da partiyanın konqresi keçiriləcək və konqres partiyanın yeni sədrini seçəcək.

Qeyd edək ki, bu gün hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasınınn təsisçisi və sədri, milyarder Bidzina İvanişvili siyasətdən getdiyini açıqlayıb. O partiya sədrliyindən və partiyaya üzvlükdən istefa verib.

Xatırladaq ki, Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının sədri, milyarder Bidzina İvanişvili siyasəti tərk etdiyini açıqlayıb.

Milli.Az