Gəncə məktəbliləri arasında "meşələri qoruyaq" müsabiqəsinə yekun vurulub
14 Yanvar 2012 19:35
Milli.Az-ın Kəpəz TV kanalına istinadən verdiyi məlumata görə, Gəncə şəhər orta məktəblərinin şagirdləri arasında "meşələri qoruyaq" şüarı altında keçirilən müsabiqə başa çatıb. Tədbirdə təhsil işçiləri ilə yanaşı, 10 saylı Ərazi Ekologiya İdarəsinin nümayəndələri də iştirak ediblər. Müsabiqənin qalibi olan 19 şagirdə fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.
"Meşələri qoruyaq" devizi altında keçirilən müsabiqənin təşkilində əsas məqsəd ekoloji problemlərin şagirdlər tərəfindən araşdırılması, onların təklifləri və məktəblərin həyətyanı sahəsində yaşıllıqların qorunmasından ibarət olub. Müsabiqəyə Gəncənin bütün ümümtəhsil məktəblərindən şagirdlər qatılıb. Onlar əl işi, rəsm, referat yazı və fotoşəkillərlə müsabiqəyə qatılıblar.
Gəncə şəhər Təhsil İdarəsinin Metodik Mərkəzinin direktoru Afaq Əliyeva bildirib ki, şagirdlərdən bəzilərinin əl işləri, fotoları və referatları ümümrespublika müsabiqələrinə göndərilib və onlardan respublika səviyyəsində qalib iştirakçıların olması sevindirici haldır.
Müsabiqə Gəncə şəhər orta məktəblərinin V-XI sinif şagirdləri arasında keçirilib. Təhsil ilinin sonunadək bu cür müsabiqələrin sayının çoxluq təşkil edəcəyi bildirilir.
Milli.Az