Yata bilməyənlər bu hərəkətləri təkrarlasın

31 Dekabr 2022 16:03

Ağır iş günündən sonra gecə normal yuxuya gedə bilməyənlər bu effektiv metodu sınaya bilər.

Milli.Az xəbər verir ki, bu poza həm arıqlamağa, həm qan dövranını yaxşılaşdırmağa, həm də 5 dəqiqəyə yuxuya getməyə kömək edir.

Yerində uzanıb, əlləri və ayaqları birlikdə yuxarı qaldır (şəkildəki kimi). Bu vəziyyətdə 1 dəqiqə qal.

Daha sonra eyni vəziyyətdə əl və ayaqları tərpət, sağa-sola fırlat.

Sonra çiyinlərini tərpət. Çalış hərəkətlər ritmik, yumşaq olsun, bədənin boş və rahat olsun.

Əgər hər gün bu texnikanı etsən, tezliklə yuxun rahat və dərin olacaq. /medicina.az

Milli.Az