MN-də səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılır - FOTO

11 Yanvar 2021 17:07

Müdafiə nazirinin müvafiq əmrinə əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə yaradılan komissiya yanvarın 11-dən fəaliyyətə başlayıb.

Müdafiə Nazirliyindən (MN) Milli.Az-a bildirilib ki, komissiya vətəndaşlar tərəfindən daxil olan müraciətlərin obyektiv və vaxtında araşdırması, həmçinin həll olunması istiqamətində zəruri tədbirlər görəcək.

Milli.Az