Aquero karantinə alındı

11 Yanvar 2021 20:49

"Mançester Siti"nin futbolçusu Serxio Aquero karantinə alınıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bunu komandanın baş məşqçisi Xosep Qvardiola yerli mətbuata açıqlamasında deyib.

O, argentinalı hücumçunun koronavirusa yoluxan şəxslə təmasda olduğu üçün karantinə alındığını bildirib:

"Təəssüf ki, Aquero koronavirus testi müsbət çıxan şəxslə təmasda olub. Ehtiyat məqsədilə bir neçə gün karantində qalacaq. Ümumilikdə, son 15 gündə 6 dəfə test verib və hamısının cavabı neqativ olub".

Milli.Az