Həbsxanada məhkumla əxlaqsızlıq edən qadın nəzarətçi həbs olundu - FOTO

11 Yanvar 2021 16:21

İki nəfərin ölümündə təqsirləndirilən məhkumla əxlaqsızlıq edən qadın həbsxana nəzarətçisinin həbs olunması barədə qəbul edilib.

Milli.Az bildirir ki, bu barədə məlumatı The Mirror nəşri yayıb.

Məlumata görə, sevgilisini və onun körpə qızını öldürən qatillə həbsxanada cinsi əlaqədə olan 32 yaşlı Lauren McIntyre hakim qarşısına çıxarılıb. Hakim onun 3 il müddətinə azadlıqdan məhrum olunması barədə qərar qəbul edib.

Olay Uelsdə yaşanıb. Qadın nəzarətçi Andrew Roberts adlı məhkumla 2018-ci ildə 4 ay boyunca müəyyən fasilələrlə intim münasibətdə olub.

Qeyd edək ki, əxlaqsızlıq edən qadının 3 övladı var.

İsmayıl
Milli.Az