MARAQLI TƏKLİF: Dəqiqə 59 saniyə ola bilər

11 Yanvar 2021 21:41

Alimlər planetimizin hazırda son 50 ilin ən sürətli tempi ilə dövr etdiyini bildiriblər. Bununla əlaqədar olaraq dəqiqəni bir saniyə qısaltmaq və dəqiq zaman axınını Yerin fırlanmasına uyğunlaşdırmağın məntiqli olub-olmadığı barədə xronometristlər müzakirələrə başlayıblar.

Milli.Az xəbər veir ki, bu barədə "Daily Star" xəbər yayıb.

Onların sözlərinə görə, Yerin fırlanma sürəti artarsa, belə bir addıma ehtiyac ola bilər. Bununla belə, alimlər bunun reallaşacağını söyləməyin hələ tez olduğu qənaətindədirlər.

Son qərar 2023-cü ildə keçiriləcək Dünya Radioəlaqə Konfransında veriləcək. (publika.az)

Milli.Az