Azərbaycanda daha bir həkim COVID-19-dan vəfat etdi

11 Yanvar 2021 15:05

Salyan rayonunda həkim COVID-19-dan dünyasını dəyişib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, bu gün Salyan Rayon Mərkəzi Xəstəxanasının həkim-travmatoloqu, 1950-ci il təvəllüdlü Ramazan Əhmədov koronavirusdan dünyasını dəyişib.

O, bir müddətdir Masallı Rayon Mərkəzi Xəstəxanasında müalicə olunurmuş.

Milli.Az