"Anam siçan zəhəri içib intihar etdi" - Müğənnidən təəccübləndirən etiraf

11 Yanvar 2021 18:19

Türkiyəli müğənni Bayhan Gürhan Gökhan Çınarın verilişində anası ilə bağlı etiraflar edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni çətin keçən uşaqlığından bəhs edib. O bildirib ki, anası bacısı ilə ona siçan zəhəri verib öldürmək istəyib:

"Evimiz Adanada tarla kənarında yerləşirdi. Anam, bacım və mən qalırdıq. Atamın bizdən uzaq Almaniyada fərqli həyatı var idi. Ac qalırdıq. Bir dəfə anamla siçan zəhəri alıb evə gedib. Anam zəhəri stəkana tökdü. Birinci bacıma uzatdı, o, istəmədi. Mənə verdi, stəkanı alıb içirdim ki, bacım qoymadı. Sonda isə anam o zəhərdən azca içdi. Qışqırıb çölə qaçdı, sonra xatırladığım tək şey həmin andan sonra bir daha anamı görmədim. Bu, çarəsizlikdən atılmış addım idi. Çox pis uşaqlıq yaşadım".

Bayhan daha sonra bacısı ilə atasının yanına getdiyini deyib. O bildirib ki, ögey anası onlara əzab verib:

"Bizi ac saxlayırdı. Sonra uşaq evinə qoydu bizi. Bir il rahibələr bizə baxdı. Bacım Almaniyada oxudu, mən Türkiyəyə qayıtdım. Bacım orada avtomobil qəzasında öldü. İstanbulda mahnılar oxudum. İtmiş ruh kimi yaşadım".

Milli.Az