Sumqayıtda 71 yaşlı kişi intihar etdi

11 Yanvar 2021 14:01

Sumqayıtda 71 yaşlı kişi intihar edib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin 9-cu mikrorayonunda baş verib.

Şəhər sakini, 1950-ci il təvəllüdlü Mehdiyev Tofiq Cəmil oğlu yaşadığı mənzildə özünü asıb. Mərhumunu meyiti aidiyyəti üzrə təhvil verilib.  

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, T. Mehdiyev onkoloji xəstəlikdən əziyyət çəkirmiş.

Milli.Az