"Qazaxıstanda parlament seçkilərində "Nur Otan" partiya liderlik edir" - Arzu Nağıyev - FOTO

11 Yanvar 2021 13:33

Qazaxıstanda ötən gün keçirilmiş parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.

Yerli Mərkəzi Seçki Komissiyasının iclasında verilən məlumata əsasən, hakim "Nur Otan" partiyası 71,09 faiz səslə liderlik edir.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı, parlament seçkilərini müşahidə etmiş Arzu Nağıyev deyib.

Qeyd olunur ki, hələlik "Aqjol" partiyası 10,95 faiz, Xalq partiyası 9,1 faiz, "Ayıl" partiyası 5,29 faiz, "Adal" partiyası 3,57 faiz səs toplayıb.

Milli.Az