"Airbus" təyyarə tədarükünü 30 faizdən çox azaldıb

11 Yanvar 2021 16:25

"Airbus" aviaşirkəti 2020-ci ildə sifarişçilərə 566 təyyarə tədarük edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə şirkətin hesabatında deyilir.

Bu göstərici 2019-cu illə müqayisədə təxminən 34 faiz azdır. Həmin il "Airbus" 863 təyyarə tədarük etmişdi.

Eyni zamanda, 2020-ci ilin dekabrında sifarişçilərə 84 təyyarə tədarük edib ki, bu da il ərzində ən yüksək aylıq göstərici olub.

Təyyarə tədarükünün azalması koronavirus pandemiyası ilə əlaqədar qeydə alınıb.

Milli.Az