Şənbə və bazar günləri evini tərk edən 7 koronavirus xəstəsinə cinayət işi başlandı

11 Yanvar 2021 16:09

Şənbə və bazar günlərində ev şəraitində müalicə təyin edilən 9 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılıb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilirb ki, həmin şəxslər dərhal evə qaytarılıblar: "7 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

Vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət etmələrini xahiş edirik".

Milli.Az